Ailəliklə izlənilə bilən

İraqın şimalında radikal müsəlmanlar (İŞİD)məsihçilərin evlərinin və iş yerlərinin üzərinəpüskürtmə boya ilə ərəbcə ن və ya latınəlifbası ilə “N” (yəni Kafir) hərfini yazmışdılar. Açıqşəkildə Məsih ardıcılları kimi tanınan mülksahiblərinə seçim vermişdilər ki, ya İslamı qəbul etməlisiniz, ya köçməlisiniz, ya da ölməlisiniz. Cəsarətli imanlılar öz inanclarını inkar etməkdən imtina etdilər və onların 100.000-dən çoxu kürəklərinə bir az pal-paltar alıb qaçdılar. Hər 15 dəqiqəlik videoda Şəhidlərin Səsi və digər aparıcı missiya təşkilatlarının rəhbərlərinin şərhləri və tədrisi daxil olmaqla təqib olunan məsihçilərlə müsahibələr göstərilir. Fədakarlıq, cəsarət, sevinc, əzm, bağışlama və sədaqət kimi altı mövzunu araşdıra- araşdıra ilham ala bilərsiniz, bu da Məsihlə münasibətinizi daha dərin edər ki, dostlarınıza, ailənizə və həmkarlarınıza həm cəsarətlə, həm də sevinclə şəhadət edə biləsiniz.

Epizodlar

  • Qurbanam (Kafir) (15m)

    ROMALILARA 12:1 Beləliklə, ey qardaşlar,Allahın mərhəməti xatirinə sizə yalvarıram ki,bədənlərinizi diri, müqəddəs və Allahı razısalan bir qurban olar... more

  • Cəsarətəm (Kafir) (15m)

    HƏVARİLƏRİN İŞLƏRİ 23:11 O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol,Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır... more

  • Sevincəm (Kafir) (13m)

    NEHEMYA 8:10 «…Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir».

  • Əzməm (Kafir) (14m)

    Yaqub 1:12 «Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq ».

  • Bağışlanmayam (Kafir) (15m)

    Matta 5:44 «Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. ».

  • Sədaqətəm (Kafir) (14m)

    Vəhy 2:10: «Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm ba... more